Dünya

Paşinyandan xalqa "əzələ nümayişi": İrəvan küçələrində helikopter... - FOTO

13 Dekabr 2020 11:48
Baxış: 2 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gecə Ermənistan paytaxtında gərginlik pik həddə çatıb. 

Milli.Az Modern.az-a istinadən bildirir ki, İrəvan küçələrində helikopter və tanklar gözə dəyib. Əhali nəyin baş verdiyini anlamasa da baş nazir Nikol Paşinyanın rəqibləri bunu xalqa qarşı "əzələ nümayişi" kimi qiymətləndirib.

"Vətəndaş şüuru" ictimai təşkilatının sədri Vahan Qriqoryan isə bildirib ki, bu addım dəlilikdir:

"Bu heç də yaxşı addım deyil. Dəli və ağlını itirmiş baş nazir helikopter və tankları küçələrə töküb".

Qeyd edək ki, fotolardan görünən Mİ-24 döyüş təyyarəsidir. Onun etiraz aksiyalarının keçirildiyi prospektə hansı məqsədlə gətirildiyi hələlik məlum deyil. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.