İdman

“Qarabağ” məğlubiyyətindən sonra “Benfika” Mourinyonu gətirdi - FOTO

17 Sentyabr 2025 10:51
Baxış: 722
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fənərbağça" ilə yollarını ayıran Joze Mourinyo karyerasını vətənində davam etdirəcək.

Milli.Az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Benfika" rəhbərliyi baş məşqçi Bruno Lage ilə əməkdaşlığa son qoyub.

Portuqaliya klubunun idarə heyəti təcrübəli mütəxəssis Joze Mourinyonu komandanın başına gətirmək barədə qərar verib. "Benfika" prezidenti Rui Kosta ilə Mourinyo arasında gecə yarısı keçirilən görüşdə razılıq əldə olunub. Mourinyonun təklifi qəbul etdiyi və yaxın günlərdə rəsmi müqavilənin elan ediləcəyi gözlənilir.

Maraqlı təsadüf ondan ibarətdir ki, Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində məhz "Benfika"ya uduzan "Fənərbağça"dan ayrılmışdı. İndi isə o, həmin klubun başına keçməklə diqqətləri bir daha üzərinə çəkib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.