Hadisə

Həmin cinayəti 10 yaşlı oğlunun gözləri qarşısında edibmiş - TƏFƏRRÜAT

17 Sentyabr 2025 10:58
Baxış: 663
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evdə baş verib.

1987-ci il təvəllüdlü İlkin Atakişiyev yaşadığı evə gələrək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Atakişiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində İ.Atakişiyev əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə Y.Atakişiyevanın başını kəsib. Həyat yoldaşını qətlə yetirən İ.Atakişiyev daha sonra özünün boğazını kəsərək intihar edib.

Məlumata görə, hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib.

İ.Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış.

İlkin ehtimala görə, İ.Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.