Ölkə

Bağa baxmadılar, dağ oldu - Qaradağdakı keçmiş bağça indi zibilliyə çevrilib - FOTO

17 Sentyabr 2025 12:40
Baxış: 480
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən bağça indi zibilliyə çevrilib.

Bu barədə Milli.Az-a qəsəbə sakinləri məlumat veriblər.

Sakinlərin sözlərin görə, indi xarabalığa çevrilmiş bina 2006-cı ilə qədər bağça kimi fəaliyyət göstərib.

"Sonradan burdakı bağça fəaliyyətini dayandırdı, bina isə zamanla bu hala qaldı. Bugün isə həmin ərazi xarabalığa və zibillərin atıldığı bir yerə çevrilib. Ərazi zibil poliqonuna oxşayır və 126 saylı Mənzil-Kommunal İstismar Sahəsi - MİS tərəfindən də təmizlənmir, ərazidə anti-sanitar vəziyyət mövcuddur.

Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə də müraciət etmişik".

126 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.

Həmin ərazidən görüntüləri təqdim edirik:

Mehman Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.