Dünya

Hörmüzdə gərginlik artır - İran ABŞ-ni ittiham etdi

21 Aprel 2026 17:39
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-lə planlaşdırılan danışıqlardan öncə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon əlaqəsi saxlayıb.

Milli.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər söhbət zamanı regionda baş verən son prosesləri müzakirə ediblər. Əraqçi ABŞ-nin Hörmüz boğazı ətrafında atdığı addımlar, o cümlədən dəniz blokadası və İran gəmisinin saxlanılması ilə bağlı rəsmi Tehranın mövqeyini diqqətə çatdırıb.

Rusiya tərəfi isə atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıb və bu razılaşmanın əvvəlcədən müəyyən edilmiş çərçivədə icra olunmasının əhəmiyyətini qeyd edib.

İran rəsmisi öz növbəsində bildirib ki, Hörmüz boğazından keçən Rusiya gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün lazım olan addımlar atılacaq. 

Asya
Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.