ABŞ və İran arasında atəşkəs müddəti 23 aprel başa çatacaq.
Milli.Az xəbər verir ki, atəşkəsin bitməsindən bir neçə saat əvvəl ABŞ prezidenti Tramp bildirib ki, İran tərəfi atəşkəsi dəfələrlə pozub.
ABŞ və İran arasında atəşkəs müddəti uzadılmasa, 23 aprel cümə axşamı günü saat 3:00-da başa çatacaq. Tərəflər arasında gərginlik davam etdiyindən, atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabındaki qısa açıqlamasında İranı atəşkəsi pozmaqda günahlandırıb. Tramp bildirib ki, "İran dəfələrlə atəşkəsi pozub!". Bu arada, razılaşma əldə olunmazsa, Trampın atəşkəsi yenidən uzadıb-uzatmayacağı hələ də məlum deyil.
Qeyd edək ki, Pakistan hökuməti potensial ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırlaşır və paytaxt İslamabadda təxminən 20.000 təhlükəsizlik işçisi yerləşdirilib.
Milli.Az





