Yepiskop bu dəfə mənzil iddiası ilə məhkəmədə - Mülk əslində kimindir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində Rus Pravoslav Kilsəsinin Azərbaycandakı rəhbəri Aleksiy Smirnovun iddiası əsasında mülki iş üzrə məhkəmə baxışı davam edir.
Milli.Az xəbər verir ki, işə hakim Mehriban Əfəndi-Zadənin sədrliyi ilə baxılır.
Məhkəməda iddiaçı qismində çıxış edən yepiskop Aleksiy Smirnov və cavabdeh A.Dolininin nümayəndələri iştirak edirlər.
Prosesin predmeti Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, "MƏKAN MMC" tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzil üzərində mülkiyyət hüququnun tanınması və həmin mənzilin cavabdehin istifadəsindən çıxarılması ilə bağlıdır. İddiaçı tərəfin mövqeyinə görə, mübahisəli mənzil kilsəyə məxsus olub və bu səbəbdən onun başqa şəxsin istifadəsində qalması qanunsuz hesab edilir. Bu əsasla məhkəmədən mənzilin geri qaytarılması tələb olunur. Cavabdeh tərəf isə iddianı qəbul etmir. A.Dolininin nümayəndəsi məhkəmədə çıxış edərək bildirib ki, mübahisəli mənzil 2017-ci ildə aparılmış söküntü işlərindən sonra tikilmiş yeni binada qanuni əsaslarla əldə edilib və mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Müdafiə tərəfi həmçinin qeyd edib ki, iddiaçının irəli sürdüyü arqumentlər hüquqi əsaslardan daha çox subyektiv iddialara söykənir. Proses zamanı tərəflər məhkəməyə yazılı sübutlar təqdim ediblər.
Hakim Mehriban Əfəndi-Zadə sənədlərin araşdırılması mərhələsinin davam etdiriləcəyini bildirib və əlavə sübutların təqdim edilməsi üçün tərəflərə vaxt verib.
Məhkəmə iclası 22 aprel tarixinə təxirə salınıb.
Qeyd edək ki, Aleksiy Smirnovun iştirakı ilə paralel olaraq digər bir məhkəmə çəkişməsi də davam edir. Belə ki, Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskop ilə Azərbaycan vətəndaşı Ramil Aslanov arasında mübahisəyə baxılır. Hər iki iş üzrə qərarın növbəti məhkəmə iclaslarından sonra elan olunacağı gözlənilir.
Vətəndaş A.Dolinin 2017-ci ildə MMC tərəfindən söküntü aparılmış ərazidə tikilən yeni binada mənzil alıb. Lakin yepiskop Aleksiy Smirnov həmin mənzili vətəndaşın əlindən almaq istəyir. Eyni zamanda Xətai rayon məhkəməsində hakim Leyla Şövkətli-Mənsimlinin icraatında olan iş üzrə yepiskopun Azərbaycan vətəndaşı Ramil Aslanovla da məhkəmə çəkişməsi davam edir.
"MƏKAN MMC" bu məsələdə hansı mövqedədir və hansı maraqlardadır, onu hələ də bilən yoxdur./Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür





