Cəmiyyət

Nərimanov sakinlərinin üzünə gələn il bu yol açılacaq - ŞAD XƏBƏR

17 Sentyabr 2025 11:35
Baxış: 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən Şəki restoranın sökülüb yerində təmir işlərinin aparılması prosesi uzun müddətdir davam edir. Restoranın sökülməsinin səbəbi həmin küçənin kəsiməşində yerləşən dairəsinin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədardır. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, uzun müddət aparılan təmir işləri səbəbindən ərazidə avtomobil sıxlığı yaranıb. 

Tikintinin layihə rəhbəri Nazim İsmayılov bildirir ki, işlərin 60 faizi tamamlanıb. İşlərin ləngiməsi isə kommunikasiya xətləri ilə bağlıdır. 

Məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, sözügedən layihənin ümumi hissəsinin gələn il bitəcəyi nəzərdə tutulur. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.