Cəmiyyət

"Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər"

4 Fevral 2026 17:20
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər. Biz istəyirik ki, onlar,  öz biliklərini yoxlamağa gəlsinlər".

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə  jurnalistlərin suallarını cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, imtahan iştirakçıları kiməsə ümid bağlamamalı və nəticələrin hansısa yollarla dəyişdiriləcəyini düşünməməlidir.

Sədr qeyd edib ki, qaydalara əməl edən və özünü normal aparan abituriyentlərin heç bir problemi olmur:

"Lakin bəzi hallarda qaydaları pozan şəxslər təkcə öz nəticələrinə deyil, eyni zamanda ətrafında əyləşən digər abituriyentlərin imtahan prosesinə də maneə yaradır, onlara məsləhətlər verir və işləməyə imkan vermirlər".

M.Abbaszadə əlavə edib ki, bəzən yüksək nəticə göstərən abituriyentlərlə bağlı onların sinif yoldaşlarında suallar yaranır:

"Aparılan araşdırmalar nəticəsində belə halların hamısının üzə çıxdığı və qeyri-qanuni yolla əldə olunan nəticələrin ləğv edildiyi artıq bəllidir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.