Siyasət

İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub - FOTO

4 Fevral 2026 17:24
Baxış: 507

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.

"Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciəti nümayiş olundu.

Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.

Mərasimdə, həmçinin "Taavon" Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış etdi.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim etdi.

Sonda birgə foto çəkdirildi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.