Dünya

İranda jurnalist edam edildi

12 Dekabr 2020 17:45
Baxış: 2 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda "Amad News" xəbər portalının rəhbəri Ruhulla Zam edam edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu gün səhər asılıb.

Qeyd edək ki, İran hakimiyyəti jurnalisti R. Zamı xarici kəşfiyyatdan yardım almaqda təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.  

2019-cu ilin oktyabr ayının ortalarında İran islam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) R. Zamın saxlanıldığı barədə məlumat yayıb. Açıq mənbələrdə yayılan məlumatlarda bildirilir ki, R. Zam 2017-ci ilin dekabr-2018-ci ilin yanvar aylarında bütün İran ərazisində keçirilən etiraz aksiyalarını aktiv işıqlandırıb. 

İRNA məlumat yayıb ki, o, "əksinqilabi fəaliyyət"ə görə tutulub. Bildirilir ki, R. Zam guya Fransa kəşfiyyatının təlimatı ilə hərəkət edib, ABŞ və İsrail kəşfiyyat xidmətlərindən dəstək alıb.

"Associated Press" agentliyi isə yazır ki, R. Zam Fransada mühacirətdə yaşayıb, lakin onun necə və harada tutulduğu açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.