Dünya

Yeni kriptovalyuta dövriyyəyə buraxılır

13 Dekabr 2020 18:12
Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 12-də yeni kriptovalyutanın paylanması ("airdrop") baş tutacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, istifadəçilər "Flare Network" layihəsi tərəfindən buraxılan SPARK (FLR) tokenlərini pulsuz ala biləcək.

Aksiyada "Ripple" tərəfindən buraxılan XRP koinlərinin sahibləri iştirak edə bilər. Onların sahibləri XRP ilə birə bir nisbətdə yeni FLR tokenlər alacaq. Bunun üçün sabah istifadəçi balanslarının görüntüsü alınacaq. XRP koinləri göstərilən tarixdən sonra əldə olunarsa, onlar "airdrop" çərçivəsində alınan sayılmayacaq.

Kriptovalyutanın bu cür paylanması bir çox birja tərəfindən dəstəklənib. Onların sırasında "Binance", "Coinbase", "OKEx", "Kraken", "KuCoin", "Bitfinex" yer alıb. Tam siyahı "Flare Network"un rəsmi saytında dərc olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.