Dünya

Fransada silahlı kişi hücum edərək polis əməkdaşlarını yaralayıb

10 Dekabr 2020 08:53
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyirmi yaşlı şəxs Fransanın cənubunda polis məmurlarına soyuq silahla hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Journal du dimanche" nəşri məlumat yayıb.

Bildirilib ki, Voklyuz departamentinin Bollen kommunasında baş verən hadisə zamanı polislərdən ikisi yüngül bıçaq xəsarəti alıb. Onlardan biri boynundan yaralanıb.

Nəşrin yazdığına görə, hücum edən şəxs elektrik cərəyanından istifadə edilərək saxlanılıb. Onun radikal qruplaşmaların üzvi olması ehtimal edilir.

Faktla bağlı araşdırmanı Monpele polisi aparır. Antiterror üzrə Prokurorluq istintaqa cəlb edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.