Dünya

İranlı alimin qətli ilə bağlı fərziyyələr təsdiqləndi

7 Dekabr 2020 14:00
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində peyklə idarə olunan silahdan istifadə edilməsi təsdiqlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Ramazan Şərif açıqlama verib.

Fəxrizadənin peyk vasitəsilə idarə olunan avtomatik atıcı silahlardan, həmçinin yaxınlaşdırıcı kameralardan və süni intellektdən istifadə edilərək öldürüldüyü qeyd olunur. Silah yol kənarında dayanan "Nissan" avtomobilinə yerləşdirilib. 

SEPAH komandirinin müavini Əli Fədavi hadisənin baş verdiyi ərazidə alimə atəş aça biləcək bir adam olmadığını bildirib. Bu da pulemyotun peyk vasitəsilə real vaxtda idarə olunduğunu göstərir.

Xatırladaq ki, İranın nüvə fizikası üzrə alimi, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri  Möhsün Fəxrizadə noyabrın 27-dəTehran əyalətində qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.