Dünya

Rusiyada koronavirusa yoluxmada yeni rekord

6 Dekabr 2020 13:51
Baxış: 1 102
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada son sutka ərzində daha 29 039 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da Rusiyada koronavirusa sutkalıq yoluxmada yeni rekord qeydə alınıb və ölkədə  COVID-19-a yoluxanların 2 460 770 nəfərə çatıb.

Son sutka ərzində 457 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 43 141 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.