Dünya

Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi

5 Dekabr 2020 15:12
Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kseniya bu posta yeganə namizəd olub və onun namizədliyi RTF-nin keçmiş rəhbəri Pyotr İvanov tərəfindən irəli sürülüb. İvanov özü isə noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, Kseniya Şoyqunun 29 yaşı var. O, eyni zamanda "Qazprombank"ın İdarə heyətinin sədr müavininin müşaviri vəzifəsini icra edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.