Hadisə

Azərbaycan vətəndaşı Balidə quldurluqda şübhəli bilinərək saxlanılıb - FOTO

28 İyul 2025 12:15
Baxış: 503
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndoneziyanın Bali adasında yerləşən Kuta şəhərində baş verən qarət hadisəsinə görə bir nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, "Operativ Media"nın məlumatına görə, Kuta Polis Bölməsinin apardığı istintaqa əsasən, qarətdə şübhəli bilinən şəxs Azərbaycan vətəndaşı olan 35 yaşlı əcnəbidir.

İstintaq nəticəsində müəyyən olunub ki, şübhəli hadisəni təkbaşına törətməyib. O, hazırda axtarışda olan dostu ilə birlikdə bu cinayəti törədib.

"Şübhəlilər əvvəlcə zərərçəkəni boğaraq və zərərsizləşdirərək hərəkətsiz hala salıblar. Daha sonra masanın üzərində olan təxminən 19.000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən qaçıblar".

Polisin bildirdiyinə görə, şübhəli şəxslər bu əməli gündəlik ehtiyaclarını qarşılamaq üçün törədiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.