Dünya

“Paşinyan bəyanatı imzalayıb və heç kim bunu dəyişdirməyəcək”

1 Dekabr 2020 13:19
Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni tarixçi və diplomat, keçmiş Ermənistan prezidentinin baş məsləhətçisi Jirayr Liparityan "BBC" telekanalına müsahibəsində 9 noyabrda imzalanan üçtərəfli atəşkəs bəyanatına dair sualları cavablandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Liparityan müsahibəsində sözügedən bəyanatla Qarabağın status məsələsinin birdəfəlik bağlandığını bildirib.

"Bu bəyanat iki cür şərh oluna bilər. Biri bədbin və böyük ehtimalla doğru olandır. Ancaq o qədər bədbindir ki, insanların bunu qəbul etməsi çətin olacaq. Deməli, atəşkəs bəyanatı əslində Qarabağ məsələsini tamamilə bağlayır. Bu, birbaşa deyilməsə də, bəyanat Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Ermənistanın baş naziri Paşinyan bunu imzalayıb və heç kim bunu dəyişdirməyəcək", - Liparityan qeyd edib.

Liparityan Rusiya Prezidenti Vladimir Putinin və dünya liderlərinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını qeyd edib.

"Prezident Putin və digər dünya liderləri Qarabağın statusunun təyin olunmadığını deyəndə, bu, Qarabağın müstəqilliyinin mümkün olduğu anlamına gəlmir. Onlar artıq bunun mümkün olmadığını - Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyiblər. Bunu çox açıq şəkildə bildiriblər.

Keçmişdə isə rus diplomatlar Qarabağı Azərbaycanın bir hissəsi kimi nəzərdə tutmayan bircə layihəni belə dəstəkləmirdilər. Etdikləri tək şey status məsələsini təxirə salmağa razılıq vermək idi.

9 noyabr bəyanatı açıq şəkildə göstərir ki, "müstəqil Qarabağ arasında və ya Azərbaycan daxilində" seçimindən söhbət gedə bilməz. Bu seçim artıq mövcud deyil", - Liparityan əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.