Dünya

Koronavirusa yoluxan rusiyalı akademik Vladimir Fortov vəfat edib

29 Noyabr 2020 10:53
Baxış: 616

Rusiya Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Vladimir Fortov bu səhər 75 yaşında dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası sədrinin müavini Vladimir İvanov məlumat verib.

Sədr müavini bildirib ki, görkəmli sovet və rus alimi, Vladimir Evgenievich Fortov 2013-2017-ci illərdə Rusiya Elmlər Akademiyasının prezidenti olub.

Elmlər Akademiyasının mətbuat xidmətindən qeyd edilib ki, Fortov bir qədər əvvəl koronavirusa yoluxubmuş.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.