Dünya

Ruhanidən alimin qətlə yetirilməsinə münasibət

28 Noyabr 2020 14:28
Baxış: 1 203
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran Prezidenti Həsən Ruhani nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət kanalında çıxış edən Ruhani bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib:

"Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq".

Xatırladaq ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.