Dünya

Bu ölkədə yanvardan peyvəndə start veriləcək

25 Noyabr 2020 17:49
Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə yanvardan başlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra səhiyyə naziri Salvador İlla bildirib ki, 13 min xəstəxanada vaksinin tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı plan hazırlanıb və peyvənd məcburi şəkildə həyata keçirilməyəcək.

"COVID-19 vaksini digər peyvəndlər kimi təhlükəsiz olacaq",- deyə İlla qeyd edib.

İspaniyanın Avropa İttifaqının müqavilə bağladığı şirkətlərdən 140 milyon doza miqdarında vaksin alacağını bildirən nazir peyvəndin əvvəlcə qocalar evindəki yaşlılara, oranın işçilərinə, səhiyyə əməkdaşlarına və əlillərə vurulacağını əlavə edib.

Proses 2021-ci ilin sonunadək aparılacaq və ispan xalqının 70 faizinə tətbiq edilməsi planlaşdırılır.

Səhiyyə naziri Avropa İttifaqının indiyədək 6, bundan sonra isə 7 firma ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Qeyd edək ki, ölkədə bu günədək 1 milyon 582 min 616 nəfərdə virus aşkarlanıb, 43 min 131 şəxs vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.