İsveçrədə katolik kilsəsini tərk edənlərin sayı rekord həddə çatıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrədə katolik kilsəsini tərk edənlərin sayı ötən il rekord həddə çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrə Pastoral-Sosioloji İnstitutu ötən il 31772 şəxsin rəsmi şəkildə Roma-katolik kilsəsindən ayrıldğını elan edib. 2018-ci ildə isə bu göstərici 25366 nəfər olub.
İnstitutdan bildirilib ki, ən "mömin" insanlar Cenevrə, Noyenburq, Vaadt və Vallis kantonları sakinləri sayıla bilər, belə ki, ötən il bu kantonlarda kilsədən ayrılanların sayı cüzi olub. Bazel şəhəri kantonunda isə ölkə üzrə ən yüksək göstərici qeydə alınıb, burada Roma-katolik təriqətinə mənsub xristianların 4,9 faizi ötən il kilsədən üz döndəriblər. Sonrakı yerlərdə Aarqau (2,2 faiz) və Soloturn (2,1 faiz) kantonları dayanır.
Qeyd edilib ki, kilsədən ayrılma üçün əsas səbəb kimi insanların ötən illərdə kilsəyə inamının azalması, sui-istifadə hallarına dair qalmaqallar, kilsənin cinsi əxlaq mövzularında apardığı debatlar səbəb olub. Xüsusilə vurğulamaq lazımdır ki, insanların kilsədən ayrılmasının əsas səbəblərindən biri də maliyyə ilə əlaqədardır. Almaniya və Avstriyada olduğu kimi İsveçrədə də kilsədə qeydiyyatda olan şəxslər illik gəlirlərinin səviyyəsindən asılı olaraq kilsə vergisi ödəyirlər və bu vəsaitlər də kilsə və monastrların saxlanması, xeyriyyə tədbirlərinin keçirilməsinə sərf olunur. Kilsə vergisini izafi xərc kimi dəyərləndirənlər isə müxtəlif bəhanələrlə bu vergidən can qurtarmağa çalışırlar və buna görə də kilsədən rəsmi olaraq ayrılırlar. Bu addım həmin şəxslərin öz dinindən imtina etməsi anlamına gəlmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
XƏBƏR LENTİ
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)





