Dünya

Hondurasda "Yota" 355 mindən çox insana təsir göstərib

19 Noyabr 2020 08:13
Baxış: 276

Hondurasda "Yota" tropik fırtınası ən az 357,3 min insana öz təsirini göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Tribune qəzeti Respublika Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin aradan qaldırılması İdarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, ölkədə dörd böyük torpaq sürüşməsi baş verdi, 30-dan çox yol hissəsi torpaq altında qaldı. 7 mindən çox yaşayış binasına zərər dəyib, ən azı beş nəfər həlak olub.

Hal-hazırda 750 sığınacaqda təhlükəli bölgələrdən qaçan 60 mindən çox insan yerləşdirilib.

Qeyd edək ki, 4-cü kateqoriyalı "Yota" qasırğası Nikaraquanın Karib dəniz sahillərini vurub. Hondurasa doğru gedərkən siklon fırtınaya qədər zəiflədi və sonra tropik depressiyaya çevrilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.