Dünya

"Ermənistanda Paşinyanı istefaya sürükləyən təzyiqlər artacaq" - Rusiyalı politoloq

18 Noyabr 2020 19:28
Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın zamanlarda Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya sürükləyəcək təzyiqlər artmağa başlayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Mixail Neyjmakov Ermənistandakı siyasi vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, N.Paşinyana təzyiqlər təkcə parlament və qeyri-parlament müxalifəti tərəfindən deyil, həm də siyasi elita nümayəndələri tərəfindən də güclənəcək və prezident Armen Sarkisyanın növbədənkənar parlament seçkilərinin zərurəti barədə açıqlaması bu tendensiyanı təsdiq edir:

"Böyük ehtimalla, Ermənistan siyasi elitasının böyük hissəsi hazırki baş nazirin dəyişməsi yönündə çıxış edəcək".

Politoloq hesab edir ki, həmin təbəqənin bir hissəsi N.Paşinyanın istefasından sonra əsas ictimai sima qismində mövcud prezident Armen Sarkisyanı görmək istəyir. Baş nazirin yerinə isə müvəqqəti olaraq hər hansı məmur və ya biznes idarəçi gələ bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.