Dünya

Türkiyədə yenidən komendant saatı tətbiq edilir

18 Noyabr 2020 08:19
Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə çərçivəsində həftə sonu komendant saatı tətbiq edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ankarada Nazirlər Kabinetinin iclasının yekunları üzrə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Biz yeni addımlar atmağa qərar verdik, həftə sonları saat 10:00-dan 20:00-dək istisna olmaqla komendant saatı tətbiq ediləcək".

Bundan əlavə, Türkiyədə ilin sonunadək kinoteatrlar bağlanır, məktəblər məsafədən təhsilə keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.