Dünya

Rusiya rekord həcmdə qaz ehtiyatları toplayıb

29 Oktyabr 2020 18:36
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin oktyabr ayının sonuna Rusiyanın yeraltı qaz anbarlarında (underground gas storage - UGS) rekord həcmdə "mavi yanacaq" ehtiyatları yığılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gazprom UGS" şirkətinin açıqlamasında deyilir.

Şirkətin məlumatına görə, hazırda yeraltı qaz anbarlarında 72,322 mlrd. kubmetr qaz mövcuddur. 23 anbarın hamısının soyuqların başlanmasına və hava şəraiti ilə əlaqəli vahid qaz təchizatı sistemindəki pik yüklərə hazır olduğu bildirilir. Hazırda ehtiyatlar gözləmə rejimindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.