Dünya

Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib - FOTO

19 Oktyabr 2020 18:14
Baxış: 1 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalmaması üçün bir müddət öncə Azərbaycan gənclərinin başladığı kampaniya dünyanın müxtəlif ölkələrində dəstək qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kampaniya zamanı, gənclər ağızlarını skotç lenti ilə bağlayaraq Ermənistanın təcavüzünə və hərbi cinayətlərinə səssiz qalan dünyaya öz etiraz ismarışlarını çatdırırdılar.

Bu kampaniya sosial şəbəkələrdə geniş vüsət aldıqdan sonra ayrı-ayrı ölkələrdə yaşayan şəxslər Qarabağın Azərbaycan ərazisi olduğunu və dünya ictimaiyyətinin bu həqiqətə səssiz qalmamasına eyni tərzdə, ağızlarını skotç lenti ilə bağlayaraq çağırış ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.