Dünya

Bu saatlarda avtobus yaşlılar üçün pulsuz olacaq - Türkiyədə

22 Sentyabr 2020 16:35
Baxış: 1 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə koronavirusla bağlı daha bir məhdudiyyət tətbiq edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, yeni qadağalar Türkiyənin Ədirnə vilayətində tətbiq ediləcək. Bu məhdudiyyətlər 65 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Koronavirusa yoluxma ilə mübarizə çərçivəsində qəbul olunan qərara görə Ədirnə vilayətində 65 yaşdan yuxarı şəxslər saat səhər 10-dan gündüz 3-ə qədər ictimai nəqliyyatdan ödənişsiz şəkildə istifadə edə biləcəklər. Qalan saatlarda isə ictimai nəqliyyat həmin şəxslər üçün də ödənişli olacaq.

Qərara izah kimi yaşlı şəxslərin pik saatlarda avtobusa minmələrinin onların sağlamlığı üçün təhlükəli olması göstərilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına əsasən Türkiyədə 304 mindən çox insan koronavirusa yoluxub, 7 mindən çox insan bu virus səbəbli dünyasını dəyişib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.