Dünya

"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür" - Vitali Balasanyan

22 Sentyabr 2020 17:05
Baxış: 1 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ermənistan və Qarabağ ən azı daxili və xarici arenada çox təhlükəli siyasət yürüdürlər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu işğal altında olan Qarabağın "Milli Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Ermənistandakı sosial vəziyyətlə yanaşı, təhsil, kilsə, təhlükəsizlik sahəsindəki bütün uğursuzluqlarla bağlıdır.

"Mən müsbət yanaşma görmürəm", - o, deyib.

İşğal altında olan Qarabağdakı separatçı rejimin lideri Arayik Arutyunyanın mövcud hakimiyyət nümayəndələrinin Qarabağ məsələsində fərqli mövqedə olan siyasi qüvvələrlə görüşməyəcəyi ilə bağlı açıqlamasına gəlincə, Balasanyan vurğulayıb: "Mən prezident olsaydım, belə bir açıqlama verməzdim".

Vitali Balasanyan qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan etiraz aksiyaları başlayana qədər gözləməməlidir.

"O, könüllü olaraq getməlidir. Nikol Paşinyan da daxil olmaqla belə bir istəyi ifadə edən bütün siyasətçilər və qüvvələrlə görüşməyə hazıram", - Balasanyan yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.