Dünya

Boris Conson Brexit qərarının dəyişdirilməsi planını müdafiə edir

15 Sentyabr 2020 21:07
Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın baş naziri Boris Conson Britaniyanın Avropa İttifaqından ayrılması planının təktərəfli yenidən yazılması qərarını blokun əsassız davranışlarından sığortalamaq məqsədi ilə müdafiə edib.

Conson deyib ki, planlaşdırılmış qərar Britaniyanın qurumdan çıxmaq barədə razılıqda bəzi məqamların dəyişdirilməsi mahiyyəti daşıyır. Belə ki, Avropa İttifaqı sabiq üzvü Britaniyaya qarşı ekstrimal addımlar ata bilər.

"Mənim bu ölçülərə əl atmaq kimi bir niyyəyyətim yoxdur. Bu, yalnız sığorta siyasətidir"- deyə, baş nazir İcmalar Palatasında bildirib.

Britaniya bloku rəsmən yanvarın 31-də tərk edib. Lakin hazırkı ticarət razılıqları ilin sonunadək qüvvədədir.

Müxalifət İşçi Partiyasının ticarət sözçüsü Ed Milliband Consonu "ölkənin və ofisinin nüfuzuna xələl gətirməkdə" günahlandırıb.

İcmalar Palatasında 80 yerlik səs çoxluğuna sahib olan baş nazirin müxalifətin qəzəbinə baxmayaraq, qanunvericiliyini parlamentdə təsdiq etmək üçün kifayət qədər səs toplayacağı gözlənilir.

Layihə bazar ertəsi günü İcmalar Palatasının ilk səsverməsindən asanlıqla keçib (340 lehinə, 263 əleyhinə).

İndi digər bir səsvermədən öncə qərar millət vəkillərinin bir neçə gün davam edən ətraflı araşdırmalar zamanı dəyişiklik və ya ləğv cəhdləri ilə qarşılaşacaq.

Brexit razılığının bir hissəsi olaraq Britaniya və Aİ Britaniya ilə şimal sərhədləri bölüşən Şimali İrlandiyaya mal keçirilərkən sərhəd nəzarətinin aradan qaldırılması nəzərdə tutulur.

Tərəflər Şimali İrlaniyda sülhün qorunması naminə sərhədlərin açıq saxlanması barədə razılıq əldə edib.

Şimali İrlandiyada sülh əldə edilməsində rolu olan Britaniyanın iki sabiq baş naziri qanunvericiləri Avropa İttifaqı ilə Brexit razılığını pozmaq planından əl çəkmək çağırışlarına qoşulub. Onlar bunun Britaniyanın reputasiyasına xələl gətirəcəyi və dünyanı təhlükəyə sala biləcəyini iddia edib.

Sunday Times-da çıxan məqalədə Con Meycor və Toni Bleyr Britaniyanın hazırkı hökumətini ilin əvvəlində belə bir qərar qəbul etməklə ölkəni rüsvayçılığa sürükləməkdə ittiham edib. Onlar qanunda bəzi məqamların Britaniyanın ittifaqdan problemsiz çıxmasına zidd olduğunu bildirib.

Con Meycor 1990-1997-ci illərdə Böyük Britaniyanın baş naziri olmuşdur. Böyük Britaniya baş naziri olmuş Bleyr isə (1997-ci ildən 2007-ci ilədək 73-cü baş naziri) üç seçki nəticəsində hakimiyyətdə qalıb.

Sabiq baş nazirlər qeyd edib ki, hazırkı baş nazir Boris Conson Britaniyanın bötövlüyünü təhlükəyə atır.

Bu həftə qanunvericilərin müzakirəyə çıxaracağı qanun Avropa İttifaqında qəzəblə qarşılanıb. Belə ki, bu qərar Britaniyanın Şimali İrlanidya ilə ticarət razılığı əldə edə bilməsə, Avropa İttifaqının ticarətə nəzarətini əlindən almış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.