Dünya

"AstraZeneca" 3 milyard doza koronavirus vaksini istehsal edə bilər

1 Sentyabr 2020 21:06
Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oksford Universiteti ilə birgə koronavirus vaksininin hazırlanması ilə məşğul olan "AstraZeneca" əczaçılıq şirkəti Böyük Britaniyada ən perspektivli preparatlardan hesab olunan AZD1222 preparatının istehsalını genişləndirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, mövcud sazişə əsasən, şirkət yaxın 1,5 il ərzində rekombinant virus vektoru əsasında on milyonlarla doza vaksin hazırlayacaq, daha sonra bu müqavilə 2023-cü ilədək uzadıla bilər.

"AstraZeneca" vaksin istehsalına aprel ayında başlayıb. Hazırda Böyük Britaniya-İsveç birgə şirkət vaksin yaradıldıqdan sonra 3 milyard doza istehsal etmək gücünə malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl "AstraZeneca" ABŞ-da vaksin sınaqlarının üçüncü mərhələsinə başlayıb. Sınaqlarda 30 min nəfər iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.