Dünya

Koronavirus 2 il davam edə bilər - ÜST

20 Avqust 2020 16:14
Baxış: 1 215
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus minumum 1, maksimum 2 il davam edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bu virusun peyvəndi tapılsa belə, həmin peyvəndin bütün insanlara vurulması üçün uzun zaman lazımdır. Buna görə də insanlar qaydalara ciddi riayət etməli, ara məsafəni qorumalıdırlar:

"Ümid edirəm ki, bundan sonrakı dönəmdə ölkə üzrə ciddi karantin rejimi tətbiq edilməyəcək, əvəzində hansı bölgədə bu virusun nə qədər yayıldığını araşdırmaq və bundan asılı olaraq rayonlarda lokal məhdudlaşdırma aparmaqla mübarizə tədbirləri gücləndiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.