Qərbi Avropada yoluxma artır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus geri çəkilmir - Qərbi Avropanın bəzi ölkələrində yeni yoluxma hallarının artımı müşahidə edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniya Qərbi Avropada infeksiyanın yenidən artmasının miqyası üzrə ölkələrin siyahısına liderlik edir. Ekspertlər bildirirlər ki, yaxın vaxtlarda vəziyyət həm yaxşılaşa, həm də pisləşə bilər.
Berlin artıq vətəndaşlarını İspaniyanın bəzi rayonlarına səfər etməkdən çəkindirib. Bununla yanaşı, Almaniyada üç ay ərzində koronavirusa yoluxma hallarının gün ərzində ən böyük artımı - 1200-dən çox yoluxma faktı qeydə alınıb. İnsanların çoxu məzuniyyətdən bu infeksiyanın daşıyıcısı kimi qayıdıb.
Pandemiyanın başlanğıcından bəri infeksiyanın ən kəskin gündəlik artımı - 260 yoluxma faktı Yunanıstanda qeyd edilib. Bu, yalnız son ayın qorxuducu tendensiyasının davamıdır. Yunanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, gün ərzində koronavirusdan daha iki nəfər vəfat edib, ölənlərin ümumi sayı isə 216-ya çatıb. Vəziyyətin pisləşməsini hökumət orqanları restoranlar, barlar və digər ictimai yerlərdə sosial məsafə qaydalarının pozulması ilə izah edirlər.
Böyük Britaniyada isə COVID-19-dan ölənlərin sayı 5 mindən çox azalıb - lakin bu, hesablama metodikasının dəyişməsi ilə əlaqədardır. Əvvəllər İngiltərənin İctimai Səhiyyə Xidməti koronavirus aşkar edilən insanların ölüm hallarının hamısını - hətta ölüm səbəbi tamamilə fərqli olsa və yoluxma anından xeyli gec baş versə belə nəzərə alırdı. Hazırda statistikaya yalnız xəstəliyin laboratoriya üsulu ilə aşkar edilməsi anından 28 gün ərzində baş vermiş ölüm hadisələri daxil edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi





