Dünya

Avropada "Remdesivir"in koronavirusdan müalicədə istifadəsinə icazə verilib

3 İyul 2020 20:06
Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası "Remdesivir" preparatının yeni növ koronavirusun doğurduğu xəstəliklərin müalicəsində ilkin qaydada istifadə olunmasına icazə verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının cümə günü yaydığı bəyanatda bildirilir. Eyni zamanda, qeyd olunur ki, preparatdan bir sıra şərtlərə əməl edilməklə istifadə oluna bilər. Sənəddə bu şərtlərin nədən ibarət olduğu açıqlanmır.

Qurumun nümayəndəsi bir qədər əvvəl məlumat vermişdi ki, preparatın istehsalçısı olan Gilead Sciences kompaniyası ilə "Remdesivir"in Avropa bazarına kifayət miqdarda çatdırılması barədə danışıqlar aparılır. Bununla yanaşı, The Guardian qəzetinin iyulun 1-də yaydığı informasiyaya görə, ABŞ-ın hakimiyyət orqanları preparatın bütün ehtiyatlarını satın alıb və yaxın üç ayda heç bir ölkə onu lazımi qədər əldə edə bilməyəcək.

Gilead Sciences təsdiqləyir ki, "Remdesivir"in tətbiqi koronavirus xəstələrinin sağalma müddətini dörd günədək qısaldır. Xəstəyə beşgünlük müalicə kursu ərzində 6 ampula dərman lazım gəlir. Kompaniya inkişaf etmiş ölkələr üçün preparatın hər ampuluna 390 dollar vahid qiymət müəyyənləşdirib.

Xatırladaq ki, vaxtilə Ebola qızdırması ilə mübarizə çərçivəsində hazırlanan "Remdesivir" preparatı o vaxt öz effektivliyini təsdiqləyə bilməmişdi. Sonradan preparat SARS və MERS infeksiyalarının müalicəsində istifadə olunmuş və lazımi səmərə vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.