Çin orbitə 3 yeni peyk göndərib.
Milli.Az Trend-ə istinadən bildirir ki, peyklər Qansu əyalətindəki kosmodromdan "Çançjen-2D" raket daşıyıcı ilə yola salınıb.
Peyklərdən biri, "Qaofen-9" Yerin səthini müşahidə, şəhər planlaşdırması, kənd təsərrüfatı torpaqlarının qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin proqnozlaşdırılması ilə məşğul olacaq.
"Hede-5" peyki gəmiçilik və naviqasiya üçün istifadə olunacaq. "Pisin-3A" isə peyk texnologiyaları araşdırmaları üçün nəzərdə tutulub.
Hər üç peyk təyin olunan orbitə uğurla çatıb.
Milli.Az