Dünya

50 faiz əhali maska taxarsa, ikinci dalğadan xilas ola bilərsiz - ALİMLƏR

13 İyun 2020 20:12
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə mübarizədə təkcə sərt karantin tədbirləri yetərli deyil.

İkinci dalğadan yalnız hər kəsin, hamının kütləvi maska taxması ilə xilas olmaq mümkündür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Kembric və Qrinviç Universitetinin alimləri elmi tədqiqat aparıb.

Alimlər virusun insanlar arasında yayılmasını əks etdirən müxtəlif ssenarilər modelləşdiriblər və hansı qorunma tədbirinin effektiv olmasını bu model üzərində sınayıblar.

Məlumdur ki, pandemiyanın zəifləməsi üçün virusa yoluxduracaq insanların sayı 1,0 rəqəmin altında olmalıdır.

Bu rəqəmə isə yalnız əhalinin kütləvi ictimai yerlərdə maska taxması ilə mümkündür.

Nə qədər çox insan maska taxarsa, yoluxdurma qabiliyyətli xəstələrin sayını 1faizdən aşağı endirmək mümkündür. Bir ölkədə əhalinin heç olmasa 50% maska taxarsa, karantinsiz ikinci dalğanı yola vermək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.