Ukrayna bəzi ölkələrlə, o cümlədən Azərbaycanla aviaəlaqənin bərpası məsələsini ikitərəfli səviyyədə müzakirə edir.
Milli.Az Trend-ə istinadən əbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib.
O bildirib ki, Ukrayna, ilk növbədə, müntəzəm uçuşların həyata keçirildiyi, eləcə də vətəndaşların girişinə məhdudiyyət olmadığı ölkələrlə aviaəlaqənin açılması məsələsini müzakirə edir:
"Biz bu məsələləri fəal şəkildə ikitərəfli səviyyədə müzakirə edirik. Artıq Azərbaycan, Bolqarıstan, Gürcüstan, Türkiyə və Kiprlə aviaəlaqənin bərpa olunması ilə bağlı müsbət siqnallar var. Diplomatlarımız digər dövlətlərlə də danışıqları davam etdirir".
Milli.Az