Dünya

Fransa koronavirusa yoluxanların sayına görə onluqdan çıxdı, Hindistan altıncı yerə çatdı

6 İyun 2020 10:51
0 Şərh     Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin noyabrından etibarən dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az xəbər verir ki, dünya üzrə koronavirusa yoluxanların sayı 6850614 nəfərə çatıb. 398244 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib. 3 milyon 300 mindən çox insan Covid-19-dan sağalıb.

ABŞ Covid-19-a yoluxanların sayına görə, siyahıya liderlik edir. 111 mindən çox insan ABŞ-da bu xəstəlikdən vəfat edib. Siyahının ikinci yerində karantin rejiminin tətbiq olunmadığı Braziliya, üçüncü yerdə isə Rusiya dayanır.

Hindistanda ölənlərin və yoluxanlaın sayı artaraq siyahıda altıncı yerdə qərarlaşıb. İran və Fransa ilk onluqdan çıxıb, Türkiyə isə yenidən ilk onluğa daxil olub.

Virusun ilk aşkarlandığı Çin siyahıda 18-ci yerdədir. Azərbaycan koronavirusa yoluxanların sayına görə 67-ci sıradadır.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.