Ölkə

Bakıda binada ilanlar kök salıb - Sakinlər təşvişdə - VİDEO

26 May 2025 07:07
Baxış: 2 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonu, Yeni Günəşli qəsəbəsinin B massivində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində ilanların görünməsi sakinlər arasında narahatlıq yaradıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar bildirirlər ki, xüsusilə azyaşlılar üçün həyət artıq təhlükəli yerə çevrilib.

Sakinlərin sözlərinə görə, bu, ilk hal deyil. Əvvəlki illərdə də həyətlərində ilan görsələr də, bu dəfə vəziyyətin daha ciddi olması onları təşvişə salıb. Onlar hər gün keçdikləri ərazidə təhlükə ilə üz-üzə qaldıqlarını deyirlər.

Sakinlər təhlükənin tezliklə aradan qaldırılmasını istəyirlər. Onlar ilanların hətta evlərə girə biləcəyindən narahatdırlar.

Videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.