Dünya

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün dərmanların siyahısını genişləndirib

4 İyun 2020 08:33
Baxış: 990
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanların siyahısını genişləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya "Favipiravir", "Gidroksixloroxin", "Mefloxin", Azitromitsin", "Lopinavir", "Ritonavir" və Umifenpvir" və digər preparatlar daxil edilib. Tövsiyə olunan dərmanların yeni siyahısı Rusiya və xarici kliniki təcrübələrin nəticələri əsasında tərtib olunub.

Rusiya Səhiyyə Nazirliyi həmçinin tibb müəssisələrinə daxil olan bütün pasiyentlərin testdən keçirilməsini tövsiyə edir.

Qeyd edək ki, Rusiyada 432 min 277 koronavirus xəstəsi qeydə alınıb. İndiyədək 195 min 957 nəfər sağalıb, 5215 xəstə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.