Dünya

Avropada mentollu siqaretlərin satışı qadağan edildi

20 May 2020 21:40
0 Şərh     Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) ərazisində mentollu siqaretlərin satışı qadağan edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının qərarı bu gündən etibarən qüvvəyə minir.

Aİ-də tütün məmulatlarının satışına məhdudiyyətlər barədə qanunvericilik 2014-cü ildə qəbul olunmuşdu. Qanunvericiliyə əsasən, ətirli, o cümlədən mentollu siqaretlərin bazarlardan mərhələli şəkildə yığışdırılması nəzərdə tutulurdu. 2012-ci ildə ətirli siqaretlərin satışı Avropada ümimi tütün bazarının 5 faizini təşkil edirdi.

Qeyd olunur ki, mentollu siqaretlərin populyarlaşmasından sonra tütün əleyhinə reklam kampaniyalarının səmərəliliyinin azalması müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.