Dünya

COVID-19 xəstələri virusun daşıyıcısı olaraq qala bilər

17 May 2020 14:51
0 Şərh     Baxış: 1 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxmuş insanda simptomlar görünməsə də, xəstəlikdən sonra o, bir müddət virusun daşıyıcısı ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Stopkoronavirus.rf "Rospotrebnadzor"a (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) istinadla məlumat yayıb.

Çin alimləri tərəfindən aparılmış araşdırmanın nəticələri göstərib ki, koronavirus sağalmadan və xəstəliyin bütün simptomlarının yoxa çıxmasından sonra ən az 14 gün bədəndə qala bilər.

"Bununla yanaşı, bütün sanitariya-gigiyena qaydalarına əməl olunarsa, xəstənin sağalmadan sonra başqalarını yoluxdurma ehtimalı azdır".

Koronavirus infeksiyasının davamlılıq dövrü bədənə daxil olan patogenin miqdarından və insanın immun reaksiyasından asılıdır. Patogenin olmamasını yalnız bir gün aralığı ilə aparılan ikiqat mənfi nəticə verən analiz müəyyənləşdirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.