Ukraynanın Nikolayev vilayətində qəsdən adam öldürmə ilə bağlı məhkəmə zamanı müttəhim ayağa qalxaraq iki dəfə hakimin üzünə tüpürüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə prokuror şübhəli şəxsin həbsinin uzadılması barədə vəsatət oxuyarkən baş verib.
Qeyd etmək lazımdır ki, müttəhimin bir çox xəstəlikdən, o cümlədən tənəffüs yolları infeksiyasından əziyyət çəkdiyi məlum olub.
Məhkəmədə olan üç hakim bu barədə ölkənin baş prokuroruna şikayət edib.
Milli.Az