Dünya

Avropa Çempionatı ləğv olunub

24 Aprel 2020 10:43
0 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası səbəbilə ləğv olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropanın Yüngül Atletika Assosiyasının vitse-prezidenti Dobromir Karamarinov deyib.

Vitse-prezidenti bildirib: "Təəssüf hissi ilə Parisdə Avropa çempionatının ləğv olunduğunu bildirmək məcburiyyətindəyik. Biz ümid edirdik ki, bu çətin ildə idmançıların böyük bir yarışda iştirak etmək imkanı olacaq".

Yarışın təşkilat komitəsinin rəhbəri Jan Qarsiya isə vurğulayıb ki, turniri keçirmək istəyinə baxmayaraq, insanları əlavə riskə atmağın mənası yoxdur.

Qeyd edək ki, yüngül atletika üzrə Avropa Çempionatı 26-30 avqustda Parisdə keçirilməli idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.