Dünya

Koronavirusu 20 dəqiqədə müəyyən edən test yaradıldı

10 Aprel 2020 19:34
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada koronavirusu 20 dəqiqədə analiz etməyə imkan verən bir reagent (kimyəvi reaksiyanın meydana gəlməsini asanlaşdıran maddə) yaradılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Daequ Elm və Texnologiya institutu açıqlama yayıb. Bildirilib ki, biokimyəvi analizlər zamanı reaksiyaları sürətləndirən və asanlaşdıran reagent vasitəsilə test müddətini 20 dəqiqəyə qədər qısaltmaq mümkün olacaq.

Artıq 120-dən çox ölkə Cənubi Koreyaya yaratdığı koronavirus analiz dəstlərini almaq və ya humanitar yardım olaraq əldə etmək üçün sorğu göndərib.

Xatırladaq ki, Cənubi Koreya alimləri ilkin mərhələdə də koronavirus testlərinin müddətini 2 gündən 6 saata endirə bilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.