Dünya

"Marsel" klubunun sabiq prezidenti koronavirusdan ölüb

1 Aprel 2020 09:33
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Marsel" klubunun sabiq prezidenti Pape Diuf ölüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, keçmiş futbol funksioneri koronavirus xəstəliyindən vəfat edib.

Səhhətində bir müddət idi problemi olan 68 yaşlı Diuf koronavirus pandemiyasına yoluxduqdan sonra Seneqalın paytaxtı Dakarda həkim nəzarətində idi. Lakin bir neçə gündür aparatlara bağlı şəkildə nəfəs alan futbol adamı bu gün vəfat edib.

Qeyd edək ki, Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.