Bu ölkə koronavirusla mübarizədən imtina etdi - Ölənlərin sayı isə artmaqda davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.
"Aftonbladet" nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.
Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.
Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.
Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.
Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.
Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
34 yaşlı UFC idmançısı yuxuda dünyasını dəyişdi
-
Türkiyədə bələdiyyəyə korrupsiya əməliyyatı - 21 nəfər saxlanıldı
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
XƏBƏR LENTİ
-
34 yaşlı UFC idmançısı yuxuda dünyasını dəyişdi
-
Pensiya alanlarla bağlı yeni xəbər
-
Əli Əsədov yeni qərar imzaladı
-
Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Ölkədə bir gündə 26 cinayətin üstü açıldı
-
Nəriman Həsənzadənin Elçibəyə həsr etdiyi şeir üzə çıxdı
-
Əmisi ilə dənizdə batan 15 yaşlı yeniyətmənin meyiti tapıldı
-
Türkiyədə bələdiyyəyə korrupsiya əməliyyatı - 21 nəfər saxlanıldı
-
Azərbaycan nefti 96 dollara düşdü
-
Ağdamdakı yanğınları törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - (Video)
-
AMB 4 avqustun rəsmi valyuta məzənnələrini açıqladı
-
Neft qiymətlərində növbəti artım qeydə alındı
-
Güzəştli mənzillər satışa çıxarılır
-
Tualet kağızı tarixə qovuşur: Yüzillik vərdiş dəyişir
-
Bu 5 dərmanı əsla avtomobilin əşya qutusunda saxlamayın
-
Soyuducuya dəfnə yarpağı qoyun çağırışı
-
Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi





