Dünya

Alimlər: koronavirus təbii təkamül yolu ilə yaranıb

23 Mart 2020 12:49
7 Şərh     Baxış: 2 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığı müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu araşdırmaların nəticəsi "Nature Medicine" jurnalında dərc olunub.

Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər.

Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir.

Mütəxəssislərin fikrincə ya koronavirus hansısa heyvanın bədənində indiki vəziyyətədək təkamül edib sonra insana keçib, ya da ki insan bədənində inkişaf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.