Dünya

Avstraliyanın daxili işlər naziri koronavirusa yoluxub

13 Mart 2020 13:54
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın daxili işlər naziri Piter Dattonda yeni növ koronavirus COVİD-19 aşkar edilib.

Milli.Az Day.Az-a istinadən bildirir ki,bu barədə nazir özünün "Twitter" səhifəsində qeyd edib.

Avstraliyalı rəsmi yazıb: "Səhər yuxudan yüksək hərarət və boğaz ağrısı ilə oyandım. Kvinslend Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, koronavirusa görə test verdim. Gündüz saatlarında artıq mənə zəng edib bildirdilər ki, testin nəticəsi müsbət olub".

Nazir həkimlərin tələbi ilə xəstəxanaya yerləşdirilib.

Son məlumata görə, Avstraliyda koronavirusa yoluxanların sayı 199 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.