Dünya

ABŞ-ın neft ehtiyatları kəskin artıb - RƏSMİ

12 Mart 2020 20:09
0 Şərh     Baxış: 2 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 7,66 mln. barel artaraq 451,783 mln. barel təşkil edib.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,27 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.